02 iyun 2023
Naxçıvan Muxtar Respublikasında ilk dəfə yerin təki sahəsinin istifadəyə verilməsi üzrə hərrac təşkil ediləcək.
Naxçıvan
Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili
üzrə Auksion Mərkəzi tərəfindən iyulun 7-də
yerin təkinin istifadəyə verilməsi üzrə Naxçıvan şəhərində hərrac keçiriləcək.
Hərracda 1
lot üzrə Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonu ərazisində
yerləşən “Qoşaquldağ” (Pircuvardüzü) qum yatağı satışa çıxarılacaq. Başlanğıc
qiyməti 15180 manatdan başlayan yatağın istismar müddəti 15 ilədəkdir.
Hərracda
iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq,
xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar
Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət edə bilərlər.
Elanda
göstərilən sənədlər 25 iyun 2023-ci il saat 16:00-a qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanında yerləşən Naxçıvan Muxtar
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzabti binasına təqdim
edilməlidir.
Açıq hərrac
Naxçıvan şəhəri, Naxçıvan Biznes Mərkəzində saat 11-də təşkil olunacaq.
Qeyd edək
ki, hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Hərraclar
və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyinin sosial şəbəkədə mövcud səhifələrindən də əldə edə bilərsiniz.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı