news_open

04 fevral 2025

Qanunsuz istismara qarşı mübarizə tədbirləri davam etdiriləcək

       Faydalı qazıntı yataqlarında qeyri-qanuni istismara qarşı mübarizə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin başlıca hədəflərindən biridir. Ötən il bu istiqamətdə əsaslı işlər aparılmış, müvafiq tədbirlər görülmüşdür. Belə ki, 2024-cü ildə ölkə üzrə faydalı qazıntı yataqlarında ümumilikdə yüzdən çox qanunsuz istismar faktı aşkarlanmışdır. Yer təkinə vurulmuş zərərin həcmi müəyyən edilmiş, fiziki və vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür. Vurulmuş ziyanın ödənilməsi barədə Agentliyin İdarə Heyətinin qərarına könüllü əməl etməyən fiziki və vəzifəli şəxslər barəsində 27 tələb müvafiq icra şöbələrinə göndərilmişdir. Qanunsuz hasilatla bağlı tərtib edilmiş 6 Akt və əlavə materiallar hüquqi qiymətin verilməsi üçün polis orqanlarına təqdim olunmuşdur. Bundan başqa 9 Akt Baş Prokurorluğa göndərilmişdir. 

      Qanunsuz istismara qarşı mübarizə 2025-ci ildə də davam etdiriləcək. Dağ-mədən fəaliyyətlərilə məşğul olan istismarçılara bir daha xatırladırıq: Azərbaycanda yer təkindən istifadəyə yalnız hərraclarda iştirak və ya birbaşa danışıqlar yolu ilə icazə verilir. “Dağ-mədən ayırması” Aktı olmadan yer təkindən istifadə etmək qadağandır.



Lastest