
24 aprel 2025
Qanunsuz istismara qarşı mübarizə davam edir
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Monitorinq və nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən Abşeron rayonunda “Türkan-I”
əhəngdaşı yatağına baxış keçirildi. Monitorinq Əmlak Məsələləri Dövlət Xidmətinin
müraciəti əsasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları
ilə birgə aparıldı. Baxış zamanı yatağın 2 hektar sahəsində icazə sənədi
olmayan naməlum şəxslər tərəfindən aparılan qazıntı işləri, hasilat və daşınma faktı
aşkarlandı. Sahədən toplanan materiallar müvafiq tədbirlərin görülməsi üçün
hüquq mühafizə orqanlarına təqdim ediləcək.
Qaradağ rayonundakı “Karvansaray” əhəngdaşı yatağında da qanunsuz istismar faktı var. Sahəyə Baş prokurorluq, Ədliyyə Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 11 saylı RETSİ ilə birgə baxış oldu. Dövlət mülkiyyətində olan torpaq sahələrində aşkarlanmış qeyri-qanuni hasilat işlərinə dair araşdırma aparılır.
-
-
24 aprel 2025
Qanunsuz istismara qarşı mübarizə davam edir -
-
08 aprel 2025
Yol layihələrinin icrasına xammal dəstəyi