news_open

20 fevral 2025

Qarabağda dağ-mədən fəaliyyətlərinin mövcud vəziyyətinə baxış keçirilib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 Geoloji Kəşfiyyat illik statistik balans hesabatlarının dürüstlüyünə baxış keçirdilər. Faydalı qazıntı növlərinin çıxarılması məqsədilə istismara verilən karxana sahələrinə baxıldı. 1 ay davam edən səfər zamanı ümumilikdə 11 rayon üzrə 67 karxana sahəsinin vəziyyəti monitorinq edildi. Sahələrdə mövcud durum qənaətbəxşdir.

Ehtiyatı tükənmiş sahələrdə aparılan texniki rekultivasiya işlərinə də baxıldı. Müəyyən edildi ki, Qubadlı rayonunda 4, Ağdamda 3, Xocavənd, Cəbrayıl və Füzulinin isə hər birində 1 sahə olmaqla, ümumilikdə 20 hektardan çox sahədə texniki rekultivasiya işləri aparılıb.

Eyni zamanda istifadəyə verilməsi nəzərdə tutulan yeni xammal sahələrinin hazırki vəziyyəti də araşdırıldı.

“Qarqarçay” qum-çınqıl yatağında isə qanunsuz istismar faktı aşkarlandı. Akt tərtib edildi və hüquqi qiymətin verilməsi üçün Baş prokurorluğa göndərildi.     













Lastest