news_open

18 mart 2025

Qaradağ rayonundakı qeyri-filiz faydalı qazıntı yataqlarına birgə baxış keçirildi

Dövlət başçısının imzaladığı “Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi” haqqında sərəncamdan irəli gələn öhdəliklərin icrası məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” QSC-nin əməkdaşları Qaradağ rayonunda oldu. Agentliyin sədri Samir İdayətov, “AzerGold” QSC-nin sədri Zakir İbrahimov, yerli icra nümayəndələri və mütəxəssislər Qaradağda yerləşən bir neçə mişar daşı karxanası və əhəngdaşı yataqlarına baxış keçirdilər. Faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə sahibkarlarla görüş oldu, onların təklifləri dinlənildi, sualları cavablandırıldı, tövsiyələr verildi. Mövcud vəziyyət yerində təhlil edildi.


 



Lastest