17 fevral 2026
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri
Samir İdayətov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin
iclasında çıxış etdi. Agentliyin sədri bildirdi ki, Prezident İlham Əliyevin
qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı müvafiq Sərəncamına əsasən “Yerin təki haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsi hazırlanıb. Aparılmış təhlillər, mövcud problemlər
və çatışmazlıqlar nəzərə alınmaqla təbii resurslardan səmərəli istifadə,
mineral xammal bazasının genişləndirilməsi, geoloji öyrənilmə, monitorinq və nəzarət
mexanizminin təkmilləşdirilməsi, istismardan sonrakı mərhələdə rekultivasiya
işlərinin aparılması, habelə, dağ-mədən işlərində tikinti, texniki təhlükəsizlik
məsələləri, tədqiqat və sınaqların aparılması, dövlət standartlarının
hazırlanması və beynəlxalq təcrübəyə inteqrasiya istiqamətində təkliflər
verilib.
Təklif edilən dəyişiklik təbii ehtiyatlardan kompleks istifadə olunması, hüquqi mexanizmlərin tənzimlənməsi, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlbi, onun hüquqi əsaslarının dəqiqləşdirilməsi məqsədini daşıyır.



-
-
29 yanvar 2026
Yer təkindən istifadə üzrə ilin ilk hərracı keçirildi -
-