12 iyul 2024
"Qısnama və bullinqi qadağan edən Təlimat"
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində
“Qısnama və bullinqi qadağan edən Təlimat” proqramının tanıtımı oldu. Təlim
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının inkişafına dair
Strategiyasına uyğun olaraq iş yerində zorakılıq hallarının qarşısının alınması
və məlumatlandırmanın təmin edilməsi məqsədilə keçirildi. Qısnama və bullinqə
qarşı mübarizə barədə işçilərin məlumatlandırılması, davranış gözləntilərinin
müəyyən edilməsi, mənəvi-psixoloji zorakılıq halları olduqda şikayət imkanlarının
təşkili, işçilərin təhlükəsiz, qısnamaya məruz qalmadan, hörmətlə rəftar olunduğu
iş mühitilə təmin edilməsi, peşəkar və inklüziv mədəniyyətin təkmilləşdirilməsi
təlimatın əsas prinsipləridir. Bullinqlə mübarizə tələbləri bütün işçilərə şamil
edilir və təlimat struktur bölmə rəhbərləri tərəfindən əməkdaşlara bilavasitə təqdim
olunur.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı