14 avqust 2024
Rekultivasiya tədbirləri diqqət mərkəzindədir
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yaşıl dünya naminə həmrəylik ili”nin çağırışlarına uyğun fəaliyyətini davam etdirir. Bu gün Agentlikdə “Elof Hanson Clean Tech” şirkətinin mütəxəssislərilə görüş oldu. Peşəkar şirkətlə Bakı və Abşeron yarımadasının ehtiyatı tükənmiş faydalı qazıntı yataqlarında planlaşdırılan rekultivasiya tədbirləri müzakirə edildi. Agentlik rəhbərliyi Abşeron yarımadasında istismarı bitmiş mədənlərin rekultivasiyaya yararlı sahələri barədə məlumatları bölüşdü. Yarımadanın “Maştağa”, “Ramana”, “Şahinbağ” əhəngdaşı və “Qırməki” kvars qumu yataqlarında istismardan sonrakı vəziyyətə baxıldı. Rekultivasiyaya yararlı sahələrdə planlaşdırılan abadlıq layihələri həm ekoloji mühitə, həm də paytaxtın sosial həyatına müsbət təsirləri baxımından zəruri qiymətləndirildi. İndiyədək icra edilən yaşıllaşdırma layihələrinə baxıldı, perspektiv üçün təkliflər dinlənildi.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı