27 oktyabr 2022
Sahibkarlarla növbəti görüş təşkil olundu.
Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları
Bakıda karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirdi. Ekologiya
və Təbii Sərvətlər Nazirliyində keçirilən görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına
dair sualları cavablandırıldı. Təşkil olunan tədbirdə 20 sahibkar, Əmlak Məsələləri
Dövlət Xidmətinin və Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak
etmişlər.
Bu kimi görüşlərin təşkil olunmasında əsas məqsəd karxana fəaliyyəti ilə məşğul olan sahibkarları bu sahənin hüquqi normaları haqqında maarifləndirmək, onların qarşılaşdıqları problemlər ilə tanış olmaq və hər birini dinləməkdir. Belə ki, təşkil olunan görüşdə faydalı qazıntı yataqlarının istismar qaydaları, hüquqi tənzimlənməsi sual-cavab formatında agentliyin mütəxəssisləri tərəfindən istismarçıların diqqətinə çatdırıldı. Qeyd edək ki, bu kimi görüşlərdə hər bir sahibkar iştirak edə bilər.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı