02 iyul 2024
Sahələrdə rekultivasiya işləri
Faydalı
qazıntı yataqlarında ehtiyatı bitmiş hissələrin rekultivasiyası aparılıb və ölkə
üzrə bəzi yataqlarda bu proses hazırda da davam etdirilir.
Detalları
təqdim edirik:
*Abşeron yarımadasındakı “Türkan” əhəng daşı
yatağında ehtiyatı tükənmiş ərazinin rekultivasiyası başa çatmaq üzrədir. Son 6
ayda 15 ha ərazi tam təmizlənib, sahəyə ağaclar əkilib.
*Qazaxdakı “Daş Salahlı” bentonit gili yatağında
7.5 ha sahəyə 1.600 şam ağacı əkilib.
*Qaradağın “Səngərqaya” yatağı mişar daşı istehsalı
nəticəsində yaranmış tullantılardan təmizlənib, 80 ha ərazidə texniki
rekultivasiya işləri görülür.
Faydalı qazıntı yataqlarından səmərəli və təhlükəsiz istifadəni təmin etmək məqsədilə ümumilikdə təxminən 100 ha-ya yaxın ərazi istismar zamanı yaranmış tullantılardan təmizlənib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində eko-layihələrə dəstək və rekultivasiya tədbirləri ilin sonunadək davam etdiriləcək.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı