news_open

05 yanvar 2023

Samir İdayətov və ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənovun iştirakı ilə jurnalistlər üçün brifinq təşkil olundu.

Ötən ilin son iş günündə, ilin yekunları və növbəti ildə görüləcək işlər barəsində ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov və ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənovun iştirakı ilə jurnalistlər üçün brifinq təşkil olundu.


Samir İdayətov keçirilən brifinq zamanı qeyd edib ki, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur.


“Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində 2023-cü ildə də digər işlər qaldığı yerdən davam etdiriləcəkdir. Belə ki, bu sahədə hesabatlılığın təmin edilməsi, Yerin təkinin mühafizəsinin təmin olunması, mineral xammal bazamızın artırılması və qorunması, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək ölkəmizdə tətbiq olunması üçün işlər intensiv davam etdiriləcək”, - deyə əlavə edib.


Həmçinin brifinq zamanı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov 2023-cü ilin yanvar ayından Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sisteminin tətbiq ediləcəyi haqqında məlumat verdi. O qeyd edib ki, hazırlanmış platforma vasitəsilə Yer təki sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcəklər.






Lastest