
28 fevral 2025
Sənaye tullantılarının idarə olunmasında dövlət və özəl sektorun işbirliyi vacibdir
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində yer təki istifadəçisi olan şirkətlərin təmsilçilərilə görüş keçirildi. Sənaye tullantılarının idarə edilməsi və rekultivasiya işləri müzakirəyə çıxarıldı. Agentliyin sədri Samir İdayətov dedi ki, faydalı qazıntı yataqlarında istismar və hasilat zamanı meydana gələn sənaye tullantılarının qanunauyğun şəkildə idarə olunması və onların təkrar emalı işində dövlət və özəl sektorun qarşılıqlı əməkdaşlığı zəruridir. İdarə Heyətinin üzvləri “Norm” ASC və “Holcim Azərbaycan” ASC şirkətlərinin nümayəndələrilə daş karxanalarında yaranan tullantıların daşınması, onların sement istehsalında istifadəsi, prosesin hüquqi aspektləri kimi məqamları müzakirə etdilər. Texniki rekultivasiya və tullantıların idarə olunması işində istismarçıların mövcud problemləri dinlənildi, həll yolları araşdırıldı, müvafiq təkliflər verildi.
-
-
-
-
19 fevral 2025
İlin ilk hərracı keçirildi