news_open

16 yanvar 2025

"The Future Minerals Forum"da Azərbaycan da iştirak etdi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində “The Future Minerals Forum” - Gələcək Minerallar Forumu keçirildi. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov beynəlxalq tədbirdə iştirak etdilər.     

      2022-ci ildən bəri keçirilən foruma Səudiyyə Ərəbistanı ev sahibliyi etdi. 3 günlük tədbirə dünyanın aparıcı ölkələrinin dövlət və hökumət rəsmiləri, mütəxəssislər, iqtisadçılar və investorlar qatıldılar. Forumun əsas məqsədi mədənçilik fəaliyyətlərinin gələcəyinə işıq salmaqdır. Bu platforma qlobal miqyasda ətraf mühitin mühafizəsini və faydalı qazıntı yataqlarından səmərəli istifadəni təmin etmək, innovasiyaların dəstəyilə yaşıl enerjiyə və alternativ enerji mənbələrinə keçidi təşviq etmək missiyasını daşıyır. Nümayəndələrimiz müasir mədənçilik sənayesinin problemləri, istismarçı məsuliyyəti, yaşıl enerjinin inkişafında mineral ehtiyatların rolu, resurs çatışmazlığı və iqlim dəyişiklikləri kimi mövzularda müzakirələrə qatıldılar. Azərbaycanlı rəsmilər forum çərçivəsində Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrilə də görüşdülər. 2 ölkə arasında dağ-mədən sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu. Səfər zamanı Mineral Resurslar sərgisi də ziyarət edildi.















Lastest