
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir
Abşeron rayonu ərazisində yerləşən “Türkan I” və “Türkan II” əhəngdaşı yataqlarının ehtiyatı tükənmiş sahələrində aparılmış rekultivasiya işlərinə yerində baxış keçirildi. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri sahə ölçülərini dəqiqləşdirdi və rekultivasiya aparılmış sahələrin koordinatlarını naturada qeydiyyata aldı. “Grand-Agro” MMC şirkətindən rekultivasiyaya dair öhdəçilik tələblərinin yerinə yetirilməsi, texniki və bioloji rekultivasiya işləri barədə məlumat verildi. Monitorinq zamanı torpağın əkinə yararlılıq vəziyyəti qiymətləndirildi, suvarma məqsədilə yaradılmış hovuza baxış keçirildi. Sonda müvafiq qaydada akt tərtib olundu.
-
-
12 sentyabr 2025
Mədən Enerji Forumu qrupunun növbəti iclası keçirildi -
05 sentyabr 2025
Türkiyə ilə enerji sahəsində əməkdaşlıq real layihələrə əsaslanır -
29 avqust 2025
Yer təkindən istifadə üzrə növbəti hərrac keçirildi