
05 sentyabr 2025
Türkiyə ilə enerji sahəsində əməkdaşlıq real layihələrə əsaslanır
İzmir şəhərində “Türkiyə-Azərbaycan IV Enerji Forumu” keçirildi. Hər iki ölkənin hökumət rəsmilərinin qatıldığı forumda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov da iştirak etdi.
Görüş Azərbaycanla Türkiyə arasında enerji sahəsində mövcud əməkdaşlıq əlaqələrini daha da dərinləşdirməyi, yeni imkanları dəyərləndirməyi və onların real layihələrə əsaslanmasını nəzərdə tutur. Tədbir çərçivəsində karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, onun paylanması və ötürülməsi, tənzimləmə və mədənçilik mövzuları üzrə çalışan işçi qrupların təqdimatları oldu.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Türkiyənin Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyilə enerji və mədənçilik investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq razılaşdırıldı, protokol imzalandı.
-
12 sentyabr 2025
Mədən Enerji Forumu qrupunun növbəti iclası keçirildi -
05 sentyabr 2025
Türkiyə ilə enerji sahəsində əməkdaşlıq real layihələrə əsaslanır -
29 avqust 2025
Yer təkindən istifadə üzrə növbəti hərrac keçirildi -
07 avqust 2025
Yer təkindən istifadə üzrə növbəti hərrac keçirildi