12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşkilatçılığı
ilə sentyabrın 12-də yer təkindən istifadə üzrə növbəti hərrac keçirildi. Tədbir
Əmlak Məsələləri Dövlət Xidmətinin Hərraclar Mərkəzində təşkil olundu. Auksion
formasında keçirilən hərracda Xocalı rayonunun “Yemişcan” üzlük daşı yatağı üzrə
2 LOT satışa çıxarıldı. Sahəsi 1.46 ha və 1.75 ha olan LOT-ların istismar müddəti
25 ildir. “Yemişcan” üzlük daşı yatağı üçün dağ-mədən fəaliyyətilə məşğul olan
2 yerli şirkət rəqabət apardı. LOT 1-in qalibi "Qarabağ Qaya" MMC, LOT 2-nin qalibi isə "RT Marbles" MMC oldu. Hərrac başa çatdıqdan sonra komissiya üzvləri
yekun protokolu imzaladılar. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə
Agentliyinin sədr müavini Elçin Məcidov mediaya açıqlama verdi:
“Hərracın əsas məqsədi təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadəni təmin etmək, investor şirkətlər arasında dürüst rəqabətə şərait yaratmaqdır. İşğaldan azad edilən bölgələrə məxsus faydalı qazıntı yataqlarının istismara verilməsi Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı inşaat layihələrinə töhfədir. İllər sonra bölgədə milli dağ-mədən fəaliyyətinin bərpası yurdlarına qayıdan soydaşlarımızın işlə təminatı baxımından da dəyərlidir.”
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı