20 fevral 2023
Yeddi faydalı qazıntı yatağı hərraca çıxarılır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qobu” gil yatağı, “Güzdək” əhəngdaşı yatağı, Ağdam rayonu
“Qarqarçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Alabaşlı” hematit yatağı, Göygöl
rayonu “Qızılca” plagioporfir (tikinti daşı) yatağı, Ağcabədi rayonu “Şahmalı”
qum-çınqıl yatağı və Qubada 3 lot üzrə “Qorxmazoba” qum-çınqıl yatağı satışa
çıxarılacaq. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə
Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində
(https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz
Hərracda iştirak etmək üçün iddiaçılar hərrac
haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət
haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və
fiziki şəxsləri də iştirak edə bilər.
Elanda göstərilən sənədlər 29 mart 2023-cü il saat
16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında
saat 11-də keçiriləcək.
Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən
də əldə etmək mümkündür.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı