08 avqust 2024
Yer təki istifadəçilərilə görüş oldu
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində yer təki istifadəçilərilə görüş keçirildi. Goranboy rayonundakı “Yuxarı Ağcakənd” gips yatağı daxilində fəaliyyət göstərən istismarçılar mədənlərdəki son vəziyyət barədə məlumat verdilər. Agentliyin sədr müavini Natiq Şirinzadə dedi ki, milli dağ-mədən sənayesini daha da gücləndirmək üçün beynəlxalq təcrübədən və innovasiyalardan faydalanmaq vacibdir. Hazırda mütəxəssislərimiz yer təkindən rasional və kompleks istifadə üzrə yeni normalar üzərində işləyir. Bu, yeni dağ-mədən modeli deməkdir. Şübhəsiz, müasir çağırış və tələblər də nəzərə alınmalıdır.
Bu gün qanunsuz istismarın qarşısının alınması
üçün lazımi tədbirlər görülür. İstismarçı şirkətlər də öz növbəsində dövlət və
sahibkar maraqlarını qorumalı, ekoloji mühitə, rekultivasiya tədbirlərinə məsuliyyətlə
yanaşmalıdırlar. Dağ-mədən fəaliyyətlərilə bağlı texniki - iqtisadi əsaslandırmanın
detallı işlənməsi də vacib məqamdır. Şəffaflığı və operativliyi təmin etmək məqsədilə
yaxın gələcəkdə mədənlərdə onlayn müşahidə mərkəzlərinin qurulması ideyası da
aktual mövzulardan biridir. Xammal ehtiyatlarımızın həcmi daxili bazarın tələbatını
ödəməklə yanaşı, ixrac potensialımızı da artırmağa imkan verir. Bunun üçün şirkətlər
arasında elmi-texniki mübadilələri təşviq etmək və sağlam rəqabət mühitini qorumaq
kimi məsələlər müzakirə olundu.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı