06 noyabr 2023
Yer təkindən istifadə ilə bağlı 15 dekabr 2023-cü il tarixində növbəti hərrac baş tutacaq.
Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da
keçiriləcək hərracda Balakən rayonu “Katexçay”, “Balakənçay II”, “Paşan” qum-çınqıl,
“Balakən” gil yatağı, Şamaxı rayonu “Yuxarı Pirsaatçay” qum-çınqıl yatağı, Oğuz
rayonu “Muxas-Daşağılçay” qum-çınqıl yatağı, Şəki rayonu “Şəki” qum-çınqıl
yatağı, Quba rayonu “Qudyalçay” qum-çınqıl yatağı, Abşeron rayonu “Umbakı”
kvars qumu yatağı, Yevlax rayonu “Gülövşə” gil yatağı, Siyəzən rayonu
“Gilgilçayın cənub-qərb cinahı” qum-çınqıl yatağı, Tovuz rayonu “Aşağı Zəyəmçay” qum-çınqıl
yatağı, Füzuli rayonu “Dövlətyarlı” əhəngdaşı (mişar daşı) yatağı, İsmayıllı
rayonu “Təzəkənd”, “Ağbulaq” , “Göyçay I” qum-çınqıl yataqları, Quba rayonu “Səbətlər”
qum-çınqıl yatağı, Qəbələ rayonu “Türyançay III” qum-çınqıl yatağı, Goranboy
rayonu “Yuxarı Ağcakənd” gips (sement xammalı) yatağı, Abşeron rayonu “Güzdək” əhəngdaşı
(mişar daşı) yatağı, Şabran rayonu “Baş Əmirxanlı” gil yatağı satışa
çıxarılacaq. Hərracda iştirak etmək istəyən iddiaçılar müvafiq sənədlər
toplusunu 7 dekabr 2023-cü il saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov
prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Tələb
olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Elanlar”
bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə
bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh
məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər
hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək
üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi:
193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı,
Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri
agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı