29 yanvar 2026
Yer təkindən istifadə üzrə ilin ilk hərracı keçirildi
Yanvarın 29-da yer təkindən
istifadə üzrə 2026-cı ilin ilk hərracı keçirildi.
Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyinin təşkilatçılığı ilə keçirilən hərracda
Sumqayıt şəhərində yerləşən “Sumqayıt” gil yatağı, Göyçay, Ağsu və İmişli
rayonlarında yerləşən “Göyçay”, “Ağsuçay” və “Bəhrəmtəpə II” qum-çınqıl yataqları,
həmçinin Ağdam rayonunda yerləşən “Şelli” və “Burundağ” üzlük daşı yataqları
auksiona çıxarıldı. Ümumilikdə dağ-mədən fəaliyyətilə məşğul olan 11 şirkətin təmsilçisi
auksionda iştirak etdi. Hərrac rəqabətli keçdi. Yekun təkliflər start qiymətlərindən
dəfələrlə çox oldu. Hərrac başa çatdıqdan sonra komissiya üzvləri və qaliblər yekun
protokolu imzaladılar. Belə ki, sözügedən faydalı qazıntı yataqlarının hər
birinin 1 lot üzrə sahəsində istismara icazə verildi.
Budəfəki auksionda əsas məqsəd regionlarda yer təkindən qanunauyğun istifadənin təşviqinə, tikinti və yenidənqurma layihələrinin uğurlu icrasına, habelə dağ-mədən işlərinə xarici investisiyanın cəlb edilməsinə dəstək olmaqdır.






-
29 yanvar 2026
Yer təkindən istifadə üzrə ilin ilk hərracı keçirildi -
-
-