26 avqust 2026
Yer təkindən istifadəyə dair növbəti hərrac keçirildi
Avqustun 26-da yer təkindən istifadə üzrə növbəti hərrac keçirildi.
Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşkilatçılığı ilə keçirilən
hərracda Füzuli rayonu “Arayatlı” qum-çınqıl yatağı və Qəbələ rayonu “Bumçay”
qum-çınqıl yatağından ümumilikdə 3 LOT sahə auksiona çıxarıldı. Dağ-mədən fəaliyyətilə
məşğul olan üç müəssisənin təmsilçisi hərracda iştirak etdi. Auksion rəqabətli
keçdi. Hərrac başa çatdıqdan sonra komissiya üzvləri və qaliblər yekun
protokolu imzaladılar.
Hərracın təşkilində əsas məqsəd regionlarda yer təkindən qanunauyğun istifadənin təşviqinə, tikinti və yenidənqurma layihələrinin uğurlu icrasına, habelə dağ-mədən işlərinə investisiyanın cəlb edilməsinə dəstək olmaqdır.






-
26 avqust 2026
Yer təkindən istifadəyə dair növbəti hərrac keçirildi -
06 iyul 2026
Yerli Şirkətlərin Tanıtım Sərgisi -
-