news_open

16 sentyabr 2026

Yer təkindən istifadəyə dair növbəti hərrac keçirildi

Sentyabrın 16-da yer təkindən istifadə üzrə növbəti hərrac keçirildi. 

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təşkilatçılığı ilə keçirilən hərracda İsmayıllı rayonu inzibati ərazisində yerləşən “Girdimançay” qum-çınqıl yatağından 1 LOT sahə auksiona çıxarıldı.

Hərrac başa çatdıqdan sonra qalib tərəf və komissiya üzvləri yekun protokolu imzaladılar.

Auksionun təşkilində əsas məqsəd regionlarda yer təkindən qanunauyğun istifadənin təşviqinə, tikinti və yenidənqurma layihələrinin uğurlu icrasına, habelə dağ-mədən işlərinə investisiyanın cəlb edilməsinə dəstək olmaqdır. 









Lastest