06 iyul 2026
Yerli Şirkətlərin Tanıtım Sərgisi
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Bakı Ekspo Mərkəzində keçirilən “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə stendlə iştirak etdi.
Sərginin açılış mərasiminə dövlət rəsmiləri, biznes ictimaiyyəti və investorlar qatıldı. Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sərginin dövlət və özəl sektor arasında əlaqələrin möhkəmlənməsinə dəstək olacağını dedi, iştirakçılara uğurlar arzuladı.
Sərgini ziyarət edən qonaqlar Agentliyin stendinə baxdılar. Stenddə Agentliyin fəaliyyət istiqamətlərini və başlıca prinsiplərini, dağ-mədən sənayesinə investisiya imkanlarını əks etdirən müxtəlif nəşr nümunələri, video-çarxlar, faydalı qazıntı yataqlarına dair interaktiv xəritə və lazımi məlumatlar ziyarətçilərin diqqətinə təqdim olundu.








-
-
06 iyul 2026
Yerli Şirkətlərin Tanıtım Sərgisi -
-