10 oktyabr 2023
Yevlax rayonunda yerləşən faydalı qazıntı yatağı hərraca çıxarılacaq.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən noyabrın
22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da
keçiriləcək hərracda 1 lot üzrə Yevlax rayonu “Qaraoğlan” qum yatağı satışa
çıxarılacaq. Başlanğıc qiyməti 42560 manatdan başlayan yatağa sahib olmaq üçün
iddiaçılar müvafiq sənədlər toplusunu 14 noyabr 2023-cü il saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov
prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Tələb
olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Elanlar”
bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə
bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh
məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər
hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək
üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi:
193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı,
Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
Hərraclar və digər yeniliklər haqqında son xəbərləri
agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.
-
14 avqust 2024
Rekultivasiya tədbirləri diqqət mərkəzindədir -
13 avqust 2024
“Biomüxtəliflik - təbiətin harmoniyası” -
08 avqust 2024
Yer təki istifadəçilərilə görüş oldu