news_open

10 oktyabr 2023

Yevlax rayonunda yerləşən faydalı qazıntı yatağı hərraca çıxarılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən noyabrın 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 1 lot üzrə Yevlax rayonu “Qaraoğlan” qum yatağı satışa çıxarılacaq. Başlanğıc qiyməti 42560 manatdan başlayan yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 14 noyabr 2023-cü il saat  18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Elanlar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)

Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin  10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.

 



Lastest