news_open

08 aprel 2025

Yol layihələrinin icrasına xammal dəstəyi

Prezidentin “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələn öhdəliklərin həyata keçirilməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında görüş keçirildi. 

          Yol, körpü və tunel inşaatları zamanı koordinatlar, süxur nümunələrinin analizi, ərazinin geoloji və hidrogeoloji xüsusiyyətlərinin dəyərləndirilməsi, yataq və ya təzahür sahələrinin müəyyənləşdirilməsi, tikinti layihələri üzrə tələb olunan mineral xammalın növü və həcmi barədə məlumatların paylaşılması təklif edildi. Dövlət Proqramının uğurlu icrası üçün birgə fəaliyyətin vacibliyi vurğulandı.






Lastest