news_open

12 fevral 2025

İqtisadi Əməkdaşlıq Təşkilatının "9-cu Eko Mineral Ekspert Qrupunun görüşü" keçirildi

     12 fevral 2025-ci ildə Pakistanın paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının “9-cu Eko Mineral Ekspert Qrupunun görüşü” keçirildi. Görüşdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi də onlayn formatda iştirak etdi. Tədbirin açılışında Pakistan İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Dr. Navaz Ahmad Virk Təşkilatın Enerji, Minerallar və Ətraf Mühit üzrə yeni direktoru seçildi. Katibliyin yeni nümayəndələri üzv ölkələrə təqdim olundu. Daha sonra iclasın gündəliyindəki mövzuların müzakirəsinə başlandı. Quruma üzv ölkələrin ekspertləri çıxışlarında mədənçilik fəaliyyətlərinin hazırki vəziyyəti, yaşıl enerjiyə keçid, sənaye tullantılarının idarə edilməsi və torpağın bərpası prosesləri, dağ-mədən sənayesində Təşkilata üzv ölkələrin üzləşdiyi problemlər, onların həlli yolları, iqlim dəyişiklikləri fonunda dağ-mədən işlərindəki gedişat, yeni texnologiyaların tətbiqi, inkişaf strategiyaları və işbirliyi imkanları kimi mövzuları önə çəkdilər. Azərbycan tərəfi olaraq Agentliyimiz tədbirdə təqdimatla çıxış etdi.  




Lastest