
03 iyun 2024
ŞƏRQİ ZƏNGƏZURDA İLK DƏFƏ HƏRRAC KEÇİRİLƏCƏK
Yer təkinin istifadəyə verilməsi üzrə Şərqi Zəngəzur
coğrafi-iqtisadi rayonunda ilk dəfə hərrac təşkil olunacaq. Tədbir Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyinin təşəbbüsü ilə keçiriləcək. Hərrac iyunun 12-də Zəngilan
rayonunun Ağalı kəndində olacaq. Laçın rayonundakı “Əhmədli” və Qubadlının
“Hacılı” əhəng daşı yataqları hərraca çıxarılacaq. Dağ-mədən fəaliyyətilə məşğul
olan və hərraca qatılmaq istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB Evindəki (Ziya Bünyadov prospekti, 38C) pəncərəsinə müraciət etməlidirlər.
(Əlaqələndirici şəxs: Sərxan Əliyev; mob: (055)
277-23-37)
Sənədlərin qəbulu iyunun 5-də başa çatır. Hərracın
qaydaları və iştirak şərtlərilə bağlı ətraflı məlumat Agentliyin rəsmi internet
səhifəsində yerləşdirilib.
-
-
24 aprel 2025
Qanunsuz istismara qarşı mübarizə davam edir -
-
08 aprel 2025
Yol layihələrinin icrasına xammal dəstəyi