news_open

17 yanvar 2025

Şəhidlərimizin xatirəsini anırıq

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edildi. Faciə qurbanları bir dəqiqəlik sükutla anıldı.  

Agentliyin İdarə Heyətinin sədri Samir İdayətov dedi ki, xalqımız 35 il əvvəl Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən soydaşlarımızın xatirəsini daim əziz tutacaq. Sovet ordusunun törətdiyi qanlı cinayət xalqımızın müstəqillik əzmini qıra bilmədi. Bu gün biz suveren, müstəqil Azərbaycan dövlətinin vətəndaşları olaraq şəhidlərimizin xatirəsini hüznlə və qürurla anırıq.

Prezident İlham Əliyevin qəhrəman şəhidlərimizin ailələrinə xüsusi qayğı göstərməsi, onların sosial təminatlarını daim diqqətdə saxlaması xalqımız tərəfindən yüksək qiymətləndirilir.  



  


 


 



Lastest