19 iyul 2024
Şəkidə vətəndaşlarla görüş oldu
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti Şəki şəhərində oldu. Səfərdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov da iştirak etdi. Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsi ziyarət olundu, görkəmli siyasi xadimin xatirəsi ehtiramla anıldı.
Vətəndaşlarla görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin
qorunması, biomüxtəliflik, işlə təminolunma kimi məsələlərlə bağlı müraciətlər
dinlənildi. Məsələlərin bir qismi yerindəcə həllini tapdı, digərlərinin isə
araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul işçilərinə
müvafiq tapşırıqlar verildi.
Vətəndaşlar qəbul və müraciətlərə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirdilər, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı