news_open

13 avqust 2024

“Biomüxtəliflik - təbiətin harmoniyası”

     Dənizkənarı bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları da iştirak etdilər. Layihənin əsas məqsədi ekoturizmin inkişafına və təbiətin mühafizəsi işinin əhəmiyyətinə diqqət çəkməkdir. "Biomüxtəliflik - təbiətin harmoniyası" devizilə keçirilən tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıtımına, təbiət və insan münasibətlərinin həssas müstəvi üzərində qurulmasına, bu münasibətlərin əsas xüsusiyyətlərinin əhaliyə çatdırılması üçün vətəndaşlarla birbaşa dialoqun formalaşmasına şərait yaradır.  













Lastest