25 iyun 2024
“Ecolead” konfransı Xankəndidə
“Ecolead” layihəsi çərçivəsində Xankəndi şəhərində “Ətraf mühitin gücləndirilməsində maarfiləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” adlı Elmi-praktiki konfrans oldu. Tədbir Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirildi. Konfransa həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri, millət vəkilləri, Bakı Dövlət Universiteti və Qarabağ Universitetindən ziyalılar və digər rəsmilər qatıldılar.
Baş prokuror Kamran Əliyev dedi ki, yüzilliklərdən bəri bizə “miras” qalan böyük bir problem birdəfəlik həll olundu. Prezident İlham Əliyevin siyasi iradəsi və müzəffər ordumuzun şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi və bu, böyük qürur hissi bağışlayır. Konfrans iştirakçıları ölkəmizdə kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm kimi sahələrin iqlim dəyişikliklərinə həssas olduğunu dedilər. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov da çıxış etdi. O dedi ki, işğaldan azad edilmiş bölgələrimiz də daxil olmaqla ölkə üzrə yer təkindən səmərəli və təhlükəsiz istifadəni təmin etmək Agentliyin fəaliyyətində prioritet istiqamətdir. Faydalı qazıntı yataqlarının mühafizəsi, sahələrin istehsalat tullantılarından təmizlənməsi və rekultivasiya işləri vacib məqamlardır. Bu istiqamətlərdə fəaliyyət daha da genişləndiriləcək, işğaldan azad edilmiş bölgələrimizdə ekoloji layihələr intensivləşəcək.
Konfrans iştirakçıları Xankəndi şəhər prokurorluğunun inzibati binasının açılışında da iştirak etdilər, bina qarşısında xatirə fotosu çəkdirdilər.
-
24 yanvar 2025
Elektron xidmətlər portalı tanıdıldı -
20 yanvar 2025
Qanlı yanvar faciəsindən 35 il ötür -
17 yanvar 2025
Şəhidlərimizin xatirəsini anırıq -
16 yanvar 2025
"The Future Minerals Forum"da Azərbaycan da iştirak etdi