news_open

01 iyun 2023

“Təbiətinə can demişəm!” adlı ekotəlim həyata keçirildi.

 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Profity Academy” təlim və konsultasiya mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Skautlar Assosiasiyasının (ASA) 6-14 yaş aralığı qrupunda olan üzvləri üçün “Təbiətinə can demişəm! “adlı ekotəlim həyata keçirildi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilən təlimin əsas məqsədi uşaqların ekoloji ictimai fəaliyyətinə dəstək olmaq, bu sahədə biliklərini genişləndirmək və ətraf mühitin mühafizəsi istiqamətində savadlılığı artırmaqdır.   

 Layihənin sonunda iştirakçılar sertifikatla təltif olundular. 













Lastest