01 iyun 2023
“Yerin təki haqqında” yeni qanun layihəsinin müzakirəsi ilə bağlı görüş keçirilib
Qanun layihəsi yerin təkinin öyrənilməsi, onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyinin təmin edilməsi, dövlətin, yerin təki istifadəçilərinin mənafelərinin qorunması ilə bağlı münasibətləri tənzimləyir.
Layihədə təsbit edilən yeni institutların və mexanizmlərin bu sahədə fəaliyyət göstərən yer təki istifadəçilərinə mümkün təsiri və sahibkarların bununla bağlı təkliflərinin dinlənilməsi məqsədilə Nazirlikdə bir sıra yer təki istifadəçilərinin, Ədliyyə Nazirliyinin və KOBİA nümayəndəsinin iştirakı ilə görüş keçirilib, sahibkarların yerin təkinin istifadəsi ilə bağlı çətinlikləri, həmçinin rəy və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb.
-
09 yanvar 2025
Türkanda rekultivasiya işləri davam edir -
09 yanvar 2025
Fevralın 19-da növbəti hərrac keçiriləcək -
12 sentyabr 2024
Xocalıya aid faydalı qazıntı yatağı ilk dəfə hərraca çıxarıldı