background_img

Geoloji Ekspertiza

Dövlət Geoloji Eksperizası “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun IV fəslinin 30-cu maddəsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli, 102 nömrəli fərmanı ilə təsdiq edilmiş “İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi Qaydaları”na əsasən ölkənin mineral xammal bazasının qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində, yeraltı qurğuların tikintisi üçün uyğun sahənin ayrılmasında ciddi qaydaların yaradılması məqsədilə həyata keçirilir. Kəşf edilmiş faydalı qazıntı yataqları, istismar olunmuş faydalı qazıntı yataqları, yeraltı qurğuların tikintisi Dövlət Geoloji Ekpertizasının obyektləridir.

  • Kəşf edilmiş faydalı qazıntı yataqlarının dövlət geoloji ekspertizasının aparılmasına olan tələblər aşağıdakılardır:
  • Yataqların dağ-texniki, hidrogeoloji, mühəndis-geoloji və digər istismar şəraitləri, faydalı qazıntıların kəmiyyəti, keyfiyyəti, yatım şəraiti, tərkibi və digər xüsusiyyətləri haqqında məlumatları, filiz kütləsinin sayı, forması və ölçüləri, əsas və yanaşı komponentlərin miqdarı, zərərli komponentlərin mövcudluğu
  • Faydalı qazıntı yataqlarının açılışı və istismarı prosesində alına biləcək əsas və əlavə məhsulların mümkün istehlakçıları, hasilat və emalın ətraf mühitə mənfi təsiri nəzərə alınmaqla mümkün iqtisadi səmərəliliyi haqqında məlumatlar
  • Yataqda əsas komponentlə yanaşı çıxarıla və istifadə oluna biləcək digər faydalı qazıntı növləri və qiymətli komponentlərin olması, eləcə də istismar zamanı çıxarılacaq yan süxurlar, onların sənayedə istifadəsi üçün yararlığı (tikinti və digər material kimi) haqqında məlumatlar
  • Faydalı qazıntının texnoloji öyrənilməsi, onun texnoloji xüsusiyyətlərinin qiymətləndirilməsinin elmi-metodiki səviyyəsinin analoji mineral xammalın emalının müasir səviyyəsinə və qəbul edilmiş göstəricilərin texniki-iqtisadi əsaslandırma və kondisiya layihəsində nəzərdə tutulmuş göstəricilərə uyğunluğu
img1
img2
  • Neftli-qazlı sahələrin dövlət geoloji ekspertizasının aparılmasına olan tələblər aşağıdakılardır:
  • Neft və qaz ehtiyatlarında sahə və ya fərdi quyu ilə əvvəlcədən hesablanması üçün zəruri materiallar
  • Müasir tədqiqat üsulları ilə kəsilişlərin litologiyaya görə ayrılması və korrelyasiyası, neftli, qazlı və sulu layların aşkara çıxarılması, kollektorların neft-qaz doyumluluğun müəyyənləşdirilməsi, həmçinin məsaməlik, keçiricilik, gilliliyin təyin olunması və s. öyrənmək üçün materiallar hazırlanmalı
  • Tədqiqat işində kollektorların məhsuldarlığını proqnozlaşdırmaq üçün ilk öncə yataq üzrə müxtəlif quyu məlumatlarından istifadə edərək kəsiliş boyunca öyrənilməsi lazım olan intervallar müəyyənləşdirilməli
  • Öyrənilməsi səmərəli olan laylar üzrə süxurların fiziki və kimyəvi xüsusiyyətlərindən, ən əsası isə petrofiziki parametrlərindən və karotaj məlumatlarından istifadə olunması
  • Bütün tədqiq edilmiş, qiymətləndirilmiş, yataqların işlənməsi və işlənməsində iştirak edən, o cümlədən texnoloji baxımdan ehtiyatların hesablanması və yenidən qiymətləndirilməsi üçün materiallar
  • Neft-qaz kondensatını bərpa edən amillərin texniki-iqtisadi əsaslandırılması
  • İstismar olunmuş faydalı qazıntı yataqlarının dövlət geoloji ekspertizasının aparılmasına olan tələblər aşağıdakılardır:
  • İstismar edilən yataqlar üçün mədən sahəsinin geoloji informasiyasının, hasil edilən ehtiyatın kəmiyyəti və keyfiyyəti, itkilər, kasadlaşma, hasilat və emal prosesində əsas və yanaşı komponentlərin çıxımı haqqında məlumatlar, istismar fəaliyyətinin nəticələri
  • İstismar edilən yataqlar üçün istismar kəşfiyyatının məlumatları, hasilat və emal tullantılarının istifadəsi üzrə göstəricilərin uyğunluğu, hasilat və emalın iqtisadi göstəricilərini (maya dəyəri, mənfəət və s.)
  • Əsas və alternativ variantlar göstərilməklə ehtiyatın hesablanması üçün kondisiya və hər bir variantın yatağın işlənməsinin iqtisadi göstəricilərinə təsiri haqqında məlumatı
  • Faydalı qazıntının ehtiyat kateqoriyaları, tipləri və növləri üzrə ehtiyatların bütün göstəricilərinin (komponentlərin miqdarı, qalınlıq, həcm, təshih əmsalı və s.) təyini və hesablamaları
  • Təbiəti mühafizə və sərvətlərin qorunması tədbirləri, təyinatı, təşkili və icra üsulları, gözlənilən xərclər və səmərəlilik haqqında məlumatı
img3
img4
  • Faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar olmayan və istifadə üçün yararlı olan yer təki sahələri haqqında informasiyanın dövlət geoloji ekspertizasının aparılmasına olan tələblər aşağıdakılardır:
  • Sahənin geoloji informasiyası, sahənin coğrafi-iqtisadi mövqeyi və istifadə (istismar) şəraiti haqqında məlumatlar
  • Tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulan yerin təki sahəsində yerləşəcək qurğunun təyinatı, əsas göstəriciləri, işə salınma və istismarın nəzərdə tutulan müddətləri
  • Radioaktiv və təmizlənməsi mümkün olmayan yüksək toksik tullantıların basdırılması üçün nəzərdə tutulan yerin təki sahələri üzrə, eyni zamanda bərk tullantıların basdırılmasında istifadə olunan süxurların su keçirməməsinin etibarlılığının qiymətləndirilməsinin nəticələri

Qeyd: Mövcud qanunvericliyə uyğun olaraq sahənin faydalı qazıntı yatağı kimi kəşf olunması, dövlət balansına alınması və hərraca çıxarılması üçün aşağıdakı prosedurlar aparılmalıdır:
* Faydalı qazıntı yerləşən sahə Geoloji İnformasiya Fondunda dövlət qeydiyyatına alındıqdan sonra (3 gk nömrəli forma), Agentlik tərəfindən geoloji öyrənilmə işlərinin aparılması üçün geoloji ayırma status verilir;
* Yerinə yetiriləcək işlərinin layihə-smeta sənədləri hazırlanıb təsdiq olunması üçün Agentliyə təqdim olunur;
* Layihə-smeta sənədləri təsdiq olunduqdan sonra ərazidə aparılmış geoloji işlərin nəticəsində faydalı qazıntının növündən və yatağın tipindən asılı olaraq geoloji-iqtisadi qiymətləndirilmənin tələb və meyarları çərçivəsində ehtiyatlar hesablanır;
* Hesablanmış ehtiyatların dövlət geoloji ekspertizası (ekspert tərəfindən geoloji ekspertizası aparıldıqdan sonra) Agentlik tərəfindən həyata keçirildikdən sonra dövlət balansına alınması üçün Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyada təsdiq olunması üçün təqdim olunur;
* Tələbata uyğun olaraq, dövlət balansında qeydiyyata alınmış faydalı qazıntı yatağı istismar olunması üçün hərraca çıxarılır

img_footer

Geoloji ekspertiza aşağıdakı prinsiplərə əsaslanır:

  • principle_icon

    Ekspert layihəsinin icrası barədə qərar qəbul etməzdən əvvəl onu yerinə yetirmək öhdəliyi

  • principle_icon

    Geoloji ekspertizaya təqdim olunan məlumatların etibarlılığı və dolğunluğu

  • principle_icon

    Geoloji ekspertizanın nəticələrinin elmi əsaslılığı və obyektivliyi

  • principle_icon

    Səlahiyyətlərini həyata keçirərkən geoloji ekspertiza mütəxəssislərinin müstəqilliyi