news_open

05 July 2021

İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyət

İşğal edilmiş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən talan olunması dünya dövlətlərinin diqqət mərkəzində olmalıdır. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü artıq 30 ildir ki, davam edir. Bu müddət ərzində Ermənistanın təcavüzkar və işğalçı siyasəti onun tərəfindən müxtəlif müstəvilərdə həyata keçirilən qanunsuz fəaliyyətlərdə intensiv şəkildə özünü büruzə verməkdədir. Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzü dəstəkləməyə yönəlmiş fəaliyyəti, heç bir əsası olmayan yalanların beynəlxalq ictimaiyyətə həqiqət kimi təqdim edilməsi cəhdləri, habelə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində addımları sözügedən işğalçı siyasətin ayrılmaz tərkib hissəsidir.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib. Daha ətraflı



Lastest