Elektron qeydiyyat və nəzarət sistemi

project_img
  • Tarix:
  • 31 Mart, 2021
  • Yer:
  • Bakı, Azərbaycan

"YERİN TƏKİ SAHƏSİNƏ DAİR ELEKTRON QEYDİYYAT VƏ NƏZARƏT SİSTEMİ" - PROQRAM TƏMİNATI

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsinin 3.1.40-cı yarımbəndində yer təki istifadəçilərinin yerin təkindən istifadə müddətlərinə əməl etmələrinə nəzarət olunmasına imkan verən elektron qeydiyyat və nəzarət sistemi yaratmaq, bu sistemdə qanuni əsaslarla istifadəyə və icarəyə verilmiş faydalı qazıntılar yerləşən torpaqlar, onların istifadəçiləri və icarəçiləri barədə məlumatların əks olunmasını, həmin sistemin torpaqların elektron kadastr uçotu informasiya sisteminə inteqrasiyasını təmin etmək nəzərdə tutulur. Nizamnamənin sözügedən müddəasının icrası ilə əlaqədar, "Yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi" - proqram təminatının yaradılması istiqamətində Agentlik müvafiq tədbirlər görür. Proqram təminatı faydalı qazıntı yataqları üzrə vahid məlumat bazasının formalaşdırılmasını təmin edəcəkdir. Proqram təminatı müasir texnologiyalardan istifadə edilərək hazırlanacaq və yer təki istismarçıları bu sistemdən asan istifadə etmək imkanına malik olacaqlar.