news_open

02 iyun 2023

Naxçıvan MR-da yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı 7 iyul 2023-cü il tarixində saat 11:00-da ilk hərrac keçiriləcək.

Babək və Culfa rayonu Qoşaquldağ (Pircuvardüzü) qum yatağı

 

 

N

Yatağın adı

LOT

Həcmi

                Sahəsi

   Faydalı

qazıntının növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti

Beh  məbləği

(10%)

1.

Qoşaquldağ (Pircuvardüzü)

LOT-1

151800m3

3.3 ha

Qum

15

ilədək

X544430.058 Y4337810.717, X544646.651 Y4338197.783, X544674.081 Y4338189.389, X544450.1 Y4337787.752

 

15 180

1518

 

Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19(Naxçıvan Biznes Mərkəzi MMC)

Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  müraciət edə bilərlər.

Ünvan: (Naxçıvan şəhəri Cəlil  Məmmədquluzadə  küçəsi 42)

 

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son birildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə -şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

 

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 25 iyun 2023-cü il saat 16:00  qədər Naxçıvan şəhəri, Cəlil  Məmmədquluzadə  küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.

 

Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər nazirliyə “İnzibati icraat haqqında”  Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

 

Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Nazirliyin ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanından  ala bilərlər. Əlaqələndirici şəxs: Əliyev Şövqi, telefon: (012) 545 34 85 

 

Hesab: AZ21NABZ12360100000000005944

VÖEN 0200003621

 Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mərkəzi Bankın Naxçıvan MR idarəsindəki, Naxçıvan MR Maliyyə Nazirliyi

Büdcə təsnifat kodu: 142572

Büdcə səviyyəsinin kodu: 6

 

 

Xidmət haqqı heç bir halda geri qaytarılmır.

 

Nazirlik tərəfindən (hərrac komissiyası tərəfindən lazımi sənədlər yoxlandıqdan sonra) hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

 



Lastest