news_open

14 September 2026

Bakıda “Azərbaycan-Türkiyə V Enerji Forumu” keçirildi

         Bakıda “Azərbaycan-Türkiyə V Enerji Forumu” keçirildi.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçirilən Forumda enerji axınlarının şaxələndirilməsi, milli və regional enerji təhlükəsizliyinin təmin olunması strateji müttəfiqlik münasibətlərinin vacib istiqaməti kimi qiymətləndirildi.

Foruma Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi də qatıldı. Agentliyin sədr müavini Elçin Məcidov “Mədənçilik sahəsində əməkdaşlığa dair görülmüş işlər və qarşıdakı hədəflər” mövzusunda təqdimatla çıxış etdi.

Forum çərçivəsində “Azərbaycan-Türkiyə Mədənçilik İşçi Qrupu”nun növbəti iclası keçirildi. İclasda Türkiyənin “Maden Tetkik ve Arama” Genel Müdürlüğü, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” QSC-nin nümayəndələri iştirak etdilər. İşçi Qrupunun fəaliyyət planı, reallaşdırılmış ortaq layihələrin faydaları və perspektivlər müzakirə edildi. 









    

   



Lastest