img1

Agentlik haqqında

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Azərbaycan Respublikasının Prezidentinin “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 205 saylı, 16 iyul 2018-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 613 saylı, 9 aprel 2019-cu il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi təsdiq edilmiş və əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin əsas məqsədi şəffaf idarəçilik, məsuliyyətli hasilat prinsiplərinin tətbiqi vasitəsilə dövlət, sosial və sahibkar maraqlarının ədalətli şəkildə tənzimləməsi və yer təkindən dayanıqlı istifadənin təmin edilməsinə nail olmaqdır.

img2
img3

Missiya

Agentliyin missiyası yerin təkindən istifadə növləri üzrə fəaliyyəti tənzimləmək, yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirmək, yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirmək, eləcə də bu sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdir.

Məram (Vizyon)

Agentliyin məramı mədən sənayesində müasir tənzimlənməni həyata keçirmək və dünyanın qabaqcıl təcrübəsi əsasında sahənin inkişafına nail olmaqdır

Dəyərlər
  • icon

    Aşkarlıq və şəffaflıq

  • icon

    Çevik və müasir tənzimləmə

  • icon

    Dayanıqlı inkişaf modeli

  • icon

    İnnovasiyalar