14 September 2026
Bakıda “Azərbaycan-Türkiyə V Enerji Forumu” keçirildi
Bakıda “Azərbaycan-Türkiyə V Enerji Forumu” keçirildi.
Azərbaycanın energetika naziri Pərviz
Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan
Bayraktarın həmsədrliyi ilə keçirilən Forumda enerji axınlarının şaxələndirilməsi,
milli və regional enerji təhlükəsizliyinin təmin olunması strateji müttəfiqlik münasibətlərinin
vacib istiqaməti kimi qiymətləndirildi.
Foruma Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə Agentliyi də qatıldı. Agentliyin sədr müavini Elçin Məcidov
“Mədənçilik sahəsində əməkdaşlığa dair görülmüş işlər və qarşıdakı hədəflər”
mövzusunda təqdimatla çıxış etdi.
Forum çərçivəsində “Azərbaycan-Türkiyə Mədənçilik İşçi Qrupu”nun növbəti iclası keçirildi. İclasda Türkiyənin “Maden Tetkik ve Arama” Genel Müdürlüğü, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” QSC-nin nümayəndələri iştirak etdilər. İşçi Qrupunun fəaliyyət planı, reallaşdırılmış ortaq layihələrin faydaları və perspektivlər müzakirə edildi.






-
14 September 2026
Bakıda “Azərbaycan-Türkiyə V Enerji Forumu” keçirildi -
26 August 2026
Yer təkindən istifadəyə dair növbəti hərrac keçirildi -
06 July 2026
Yerli Şirkətlərin Tanıtım Sərgisi -