01 June 2023
“Təbiətinə can demişəm!” adlı ekotəlim həyata keçirildi.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə “Profity Academy” təlim və konsultasiya mərkəzinin təşkilatçılığı
ilə Azərbaycan Skautlar Assosiasiyasının (ASA) 6-14 yaş aralığı qrupunda olan
üzvləri üçün “Təbiətinə can demişəm! “adlı ekotəlim həyata keçirildi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilən təlimin əsas məqsədi uşaqların ekoloji ictimai fəaliyyətinə dəstək olmaq, bu sahədə biliklərini genişləndirmək və ətraf mühitin mühafizəsi istiqamətində savadlılığı artırmaqdır.
Layihənin sonunda iştirakçılar sertifikatla təltif olundular.








-
14 September 2026
Bakıda “Azərbaycan-Türkiyə V Enerji Forumu” keçirildi -
26 August 2026
Yer təkindən istifadəyə dair növbəti hərrac keçirildi -
06 July 2026
Yerli Şirkətlərin Tanıtım Sərgisi -